Ekologiya və Təbii Sərvətlər və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə noyabrın 17-də Respublikanın təhsil müəssisələrində ağacəkmə aksiyası keçirilib. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında keçirilən aksiyada Xocalı rayon Təhsil Şöbəsinin əməkdaşları, rayon ümumtəhsil məktəblərinin pedaqoji işçiləri də fəal iştirak etdilər. Əkilən ağaclara aqrotexniki qulluq göstərildi.
Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən aksiyanın məqsədi gənc nəslə ətraf mühitin qorunması, ekoloji tərbiyənin gücləndirilməsi və təbiətə qayğı hissi aşılamaqdır.